Ev DünyaNepalda təbii fəlakət ağır itkilərə səbəb oldu – 538 nəfər həyatını itirib

Nepalda təbii fəlakət ağır itkilərə səbəb oldu – 538 nəfər həyatını itirib

by Baş Redaktor
129 Baxış

Nepalda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 538 nəfərə yüksəlib.

Army.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqladığı son rəqəmlərə görə, təbii fəlakət zonasından indiyədək 538 nəfərin meyiti çıxarılıb. Daha 977 nəfərin taleyi isə hələ də məlum deyil və onlar itkin hesab olunur.

Daşqınlar nəticəsində 73 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı, 3 742 nəfərin isə təhlükəsiz ərazilərə köçürüldüyü bildirilir.

banner

Fəlakətin baş verdiyi bölgələrdə axtarış və xilasetmə işləri genişləndirilir. Əməliyyatlara ümumilikdə 15 minə yaxın əməkdaş cəlb olunub.

“Reuters” Nepalın Turizm Nazirliyindəki mənbəyə istinadən yazır ki, daşqınlardan zərər çəkən ərazilərdən 117 xarici turist də təxliyə edilərək xilas olunub.

Əlaqəli Yazılar Xüsusi