İranın yeni ali rəhbəri Müctəba Xamenei ilə bağlı məlumat yayılıb ki, o, ABŞ və İsrailin həyata keçirdiyi hava zərbələri zamanı ayağından yüngül xəsarət alıb.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İran rəsmisi Əzim İbrahimpur bildirib ki, Xamenei hücum anında iqamətgah kompleksinin daxilində olub və raketlərdən birinin partlayış dalğasının təsiri nəticəsində yüngül yaralanma baş verib.
O, həmçinin əlavə edib ki, digər daha ciddi xəsarətlərlə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
