Ev SiyasətTRIPP layihəsi üzrə işlər başladı – ABŞ senatoru İlham Əliyevi təbrik etdi

TRIPP layihəsi üzrə işlər başladı – ABŞ senatoru İlham Əliyevi təbrik etdi

by Baş Redaktor
49 Baxış

ABŞ senatoru Deyv Makkormik Azərbaycan və Ermənistan arasında regional əməkdaşlığın genişləndirilməsinə hesablanan TRIPP layihəsinin icrası istiqamətində atılan addımları müsbət qiymətləndirib.

Army.az xəbər verir ki, Pensilvaniya ştatını təmsil edən senator bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistanın Baş naziri Nikol Paşinyana və ABŞ administrasiyasına təbriklərini çatdırıb.

Makkormik “X” hesabında qeyd edib ki, Tramp Marşrutunun reallaşması ticarət dövriyyəsinin artmasına, nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrində əlaqələrin genişlənməsinə şərait yaradacaq. Onun fikrincə, bu təşəbbüs həmçinin iki ölkə arasında sülh və rifahın möhkəmləndirilməsinə xidmət edəcək.

Xatırladaq ki, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı hazırlıq prosesinin növbəti mərhələsinə start verilib. Layihənin irəlilədilməsi üçün Azərbaycan, Ermənistan və ABŞ-ın iştirakı ilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətə başladığı açıqlanıb.

banner

Əlaqəli Yazılar Xüsusi