50
İstanbulda kapital bazarları ilə əlaqədar aparılan istintaqda daha bir mühüm qərar verilib.
Army.az xəbər verir ki, Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya prokurorluqda ikinci dəfə ifadə verdikdən sonra ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, sabiq nazir İstanbul Baş Prokurorluğunun investisiya fondlarının fəaliyyəti ilə bağlı apardığı araşdırma çərçivəsində noyabrın 6-da saxlanılaraq həbs edilmişdi.