Ev Hərbi XəbərlərHƏMAS-ın yüksək vəzifəli rəhbəri öldürüldü – Netanyahu

HƏMAS-ın yüksək vəzifəli rəhbəri öldürüldü – Netanyahu

by Baş Redaktor
55 Baxış

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbəri Naim Əbu Nəhəli öldürüb.

Army.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu sosial şəbəkə hesabında məlumat verib.

Netanyahu açıqlamasında HƏMAS rəsmisinin zərərsizləşdirildiyini təsdiqləyib. O, həmçinin bildirib ki, Əbu Nəhəldən əvvəl bu vəzifəni tutan şəxs üç ay öncə İsrail ordusunun keçirdiyi əməliyyat zamanı ələ keçirilib.

Xatırladaq ki, bundan əvvəl İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus yeraltı obyektin məhv edilməsi ilə bağlı əməliyyatın təfərrüatlarını açıqlamışdı.

banner

Əlaqəli Yazılar Xüsusi