Ev Hərbi Xəbərlərİrandan Cənubi Qafqazla bağlı açıqlama: Zərurət yaranarsa, addımlar atılacaq

İrandan Cənubi Qafqazla bağlı açıqlama: Zərurət yaranarsa, addımlar atılacaq

by Baş Redaktor
37 Baxış

İran Cənubi Qafqazda baş verən siyasi və iqtisadi prosesləri yaxından izləyir. Tehran zərurət yaranacağı təqdirdə müvafiq addımlar atmağa hazırdır.

Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

Onun sözlərinə görə, regionda iqtisadi əlaqələrin genişləndirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı İranın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur.

Bəqayi Ermənistanla İran arasındakı münasibətlərə də toxunaraq, iki ölkə arasında minilliklərə söykənən tarixi əlaqələrin əhəmiyyətini vurğulayıb.

banner

Diplomat qeyd edib ki, Tehran və İrəvan xalqlar arasında əsrlər boyu davam edən ünsiyyət və birgəyaşayış nəticəsində formalaşmış münasibətlərin dəyərini yaxşı anlayırlar.

Əlaqəli Yazılar Xüsusi