Ev Hərbi XəbərlərZelenskinin sülh danışıqları ilə bağlı mövqeyi dəyişib? – 2029-cu ildə…

Zelenskinin sülh danışıqları ilə bağlı mövqeyi dəyişib? – 2029-cu ildə…

by Baş Redaktor
34 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlara münasibətinin dəyişdiyi bildirilir.

Army.az xəbər verir ki, Kiyevin sülh prosesinə yanaşması müharibə üçün yeni maliyyə vəsaitlərinin ayrılmasından sonra dəyişib.

Ukrayna mediasının iddiasına əsasən, Ukrayna rəhbərliyi hazırda sülh yol xəritəsinin müzakirəsinə başlamaqda maraqlı deyil və ABŞ Konqresində demokratların mövqelərinin güclənməsini gözləyərək danışıqlar prosesini uzatmağa çalışır.

Məlumatda həmçinin qeyd olunur ki, Zelenski hökumətə ölkənin iqtisadi siyasətinə yenidən baxılması ilə bağlı tapşırıq verib. İddialara görə, yeni iqtisadi yanaşma hərbi münaqişənin 2029-cu ilədək davam etməsi ehtimalı nəzərə alınmaqla hazırlana bilər.

banner

Əlaqəli Yazılar Xüsusi