Ev Hərbi Xəbərlərİrandan Trampın təhdidlərinə sərt cavab: “Peşmanetmə gücünə çatmışıq”

İrandan Trampın təhdidlərinə sərt cavab: “Peşmanetmə gücünə çatmışıq”

by Baş Redaktor
39 Baxış

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampın hərbi təhdidlərinə münasibət bildirib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O, İran silahlı qüvvələrinin ən yüksək döyüş hazırlığı vəziyyətində olduğunu bəyan edib.

Əzizinin sözlərinə görə, İran artıq yalnız hücumların qarşısını almaq və çəkindirmək imkanlarına deyil, həm də qarşı tərəfi atdığı addımlara görə peşman edə biləcək hərbi potensiala malikdir.

banner

Xatırladaq ki, Donald Tramp daha əvvəl Tehranla razılaşma əldə olunmayacağı təqdirdə, yeni təqvim ilinin başlanmasından sonra İrana qarşı hərbi əməliyyatların bərpa edilə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Əlaqəli Yazılar Xüsusi