Finlandiyada müxtəlif şirkətlər tərəfindən hazırlanan önləyici Pilotsuz Uçuş Aparatlarının (PUA) nümayişi ölkənin Silahlı Qüvvələri üçün təşkil olunub.
Army.az xəbər verir ki, Finlandiya ordusunun məlumatına görə, həftə ərzində PUA-lara qarşı mübarizə imkanlarının sınaqdan keçirilməsi məqsədilə xüsusi tədbir keçirilib.
Nümayiş zamanı şirkətlər öz texnoloji həllərini təqdim edərək anti-dron sahəsindəki imkanlarını göstəriblər.
Tədbirdə iştirak edən şirkətlərin tam siyahısı açıqlanmayıb. Həmçinin Ukrayna istehsalçılarının bu sınaqlarda yer alıb-almaması barədə də rəsmi məlumat verilməyib.
Finlandiya hərbçiləri nümayiş çərçivəsində iki fərqli önləyici PUA-nı da təqdim ediblər. Onlardan biri Avropanın Destinus şirkətinə məxsus “Hornet Block 1” modeli olub və sınaqdan keçirilib.
