Ev Hərbi XəbərlərOdessa yaxınlığında silah daşıyan üç yük gəmisi vurulub

Odessa yaxınlığında silah daşıyan üç yük gəmisi vurulub

by Baş Redaktor
67 Baxış

Rusiya Silahlı Qüvvələri Kiyevdə yerləşən logistika mərkəzlərinə və Odessa yaxınlığındakı gəmilərə zərbələr endirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hücumlar uzaqmənzilli pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli “yer-yer” tipli silahlarla həyata keçirilib. Bildirilir ki, Kiyevdə hərbi yüklərin saxlanıldığı və emal olunduğu paylama mərkəzləri hədəf alınıb. Odessa yaxınlığında isə analoji yükləri daşıyan gəmilərə zərbələr endirilib.

“Odessanın cənubunda Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi əmlak daşıyan üç quru yük gəmisi vurulub”, – deyə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

banner

Əlaqəli Yazılar Xüsusi