Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi hücum nəticəsində indiyədək 7 nəfərin öldüyü, 24 nəfərin isə yaralandığı açıqlanıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Şəhərin Podolsk rayonunda mərmilərdən biri 9 mərtəbəli yaşayış binasına düşüb. Zərbə nəticəsində binanın 5-ci mərtəbəsindən 9-cu mərtəbəyədək hissəsi dağılıb.
Bundan başqa, 19 mərtəbəli binanın dam örtüyünə ziyan dəyib, 25 mərtəbəli digər yaşayış binasının isə 16-cı mərtəbəsi səviyyəsində qəlpələrin düşdüyü bildirilib.
Xilasedicilər 21 mərtəbəli yaşayış binasında axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
