ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Army.az xəbər verir ki, erməni siyasi analitik Qor Abramyan ABŞ dövlət katibi Marko Rubionun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığını şərh edərkən belə deyib.
Telefon danışığında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh gündəliyinin irəlilədilməsi, tərəflər arasında etimadın artırılması və regionda sabitliyin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Abramyanın sözlərinə görə, Vaşinqton sülh prosesində mövcud rolunu qorumağa və yaranan hər hansı boşluğun qarşısını almağa çalışır.
Erməni politoloq eyni zamanda Azərbaycanın regiondakı mövqeyinin güclənməsinə və Bakının daha geniş regional strategiyasına diqqət çəkib:
“Azərbaycan daha böyük oyuna başlayıb və bu, təkcə Ermənistanla bağlı deyil, söhbət regionda aparıcı və diktəedici mövqe tutmaqdan gedir”.
