Ev Hərbi XəbərlərTramp: İranın nüvə silahı əldə etməsinə üç-dörd həftə qalmışdı

Tramp: İranın nüvə silahı əldə etməsinə üç-dörd həftə qalmışdı

by Baş Redaktor
44 Baxış

ABŞ Prezidenti Donald Tramp İranın 2026-cı ilin fevralında nüvə silahına sahib olmasına cəmi bir neçə həftə qaldığını bildirib.

Army.az xəbər verir ki, Tramp Texasda tərəfdarları ilə görüşündə ABŞ-nin İrana qarşı keçirdiyi əməliyyana toxunaraq, həmin vaxt Tehranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu iddia edib.

ABŞ liderinin sözlərinə görə, İranın nüvə silahına sahib olmasına təxminən üç-dörd həftə, hətta daha az müddət qala bilərdi. Tramp belə bir vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb.

O qeyd edib ki, İranın nüvə silahı əldə etməsi region və dünya üçün vəziyyəti köklü şəkildə dəyişə bilər.

banner

Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi sentyabrın sonunda Tehranın nüvə silahı əldə etməyə yaxın olduğu barədə səsləndirilən iddiaları təkzib edərək, onları həqiqətə uyğun olmayan məlumatlar kimi qiymətləndirmişdi.

Əlaqəli Yazılar Xüsusi