Ev Hərbi XəbərlərUkrayna yüzlərlə kvadrat kilometr ərazi geri aldı – İDDİA

Ukrayna yüzlərlə kvadrat kilometr ərazi geri aldı – İDDİA

by Baş Redaktor
33 Baxış

Ukrayna Rusiyanın Starlink terminallarının deaktiv edilməsindən sonra təxminən 400 kvadrat kilometr ərazini geri qaytara bilib.

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) hesabatında bildirilir ki, Rusiya qüvvələri Starlink terminallarından qoşunların koordinasiyası və pilotsuz uçuş aparatlarının idarə olunması üçün istifadə edib.

Terminalların söndürülməsindən sonra Rusiya ordusunun rabitə və komanda-idarəetmə imkanlarının “müvəqqəti, lakin ciddi şəkildə” zəiflədiyi qeyd olunur.

banner

ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, bu amil Ukraynanın 2023-cü ildən bəri ilk ciddi ərazi uğurlarını əldə etməsinə təsir göstərən əsas faktorlardan biri olub.

Əlaqəli Yazılar Xüsusi