Ev Hərbi XəbərlərAğ Evdən diqqətçəkən siqnal: Tramp İran danışıqlarına əlavə vaxt verəcək?

Ağ Evdən diqqətçəkən siqnal: Tramp İran danışıqlarına əlavə vaxt verəcək?

by Baş Redaktor
33 Baxış

ABŞ Prezidenti Donald Trampın İranla nüvə proqramı üzrə davam edən danışıqların əvvəlcədən müəyyənləşdirilmiş vaxt çərçivəsini aşmasına etiraz etmədiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı məlumat yayıb.

Bildirilib ki, Tramp yaxın çevrəsinə Tehranla aparılan müzakirələrin avqustun 18-dən sonraya qalmasının onun üçün ciddi problem yaratmadığını deyib.

Nəşr qeyd edir ki, Ağ Ev rəhbəri son günlər müdafiə naziri Pit Heqset və Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynlə bir neçə qapalı görüş keçirib.

banner

Mənbələrin iddiasına əsasən, həmin müzakirələr zamanı təkcə nüvə danışıqlarının gedişi deyil, həm də İrana qarşı mümkün yeni hərbi əməliyyat ssenariləri nəzərdən keçirilib. Bu isə Vaşinqtonun diplomatik proseslə yanaşı, hərbi variantı da gündəmdə saxladığını göstərir.

Əlaqəli Yazılar Xüsusi