Ev Hərbi XəbərlərUkrayna Rusiyanın 10 şirkətinə və 39 gəmisinə sanksiya tətbiq edib

Ukrayna Rusiyanın 10 şirkətinə və 39 gəmisinə sanksiya tətbiq edib

by Baş Redaktor
18 Baxış

Ukrayna Rusiyanın 10 hüquqi şəxsinə, həmin qurumlarla əlaqəsi olan 19 Rusiya vətəndaşına, həmçinin 39 gəmiyə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Army.az xəbər verir ki, müvafiq sanksiya fərmanını Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.

Bildirilib ki, sanksiya siyahısına Rusiyanın “Rassvet” adlı peyk rabitəsi sisteminin hazırlanmasında iştirak edən şirkət və şəxslər daxil edilib. Məhdudiyyətlər layihənin işlənməsi və koordinasiyasını həyata keçirən “Büro 1440”, kosmik aparatların günəş panellərinin istehsalı ilə məşğul olan “Labs 1440”, eləcə də aşağı Yer orbitində fəaliyyət göstərən rabitə peyklərinin hazırlanmasını həyata keçirən “FAB Rassvet” şirkətinə şamil olunub.

Bundan əlavə, Belarusun aerokosmik sistemlər üçün avadanlıq istehsal edən “Aerokosmik cihazlar” müəssisəsi də sanksiyaya məruz qalan qurumların siyahısına salınıb.

banner

Əlaqəli Yazılar Xüsusi