35
“ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurmanın “sonsuz müharibəyə” çevrilməsinə yol verməyəcək”.
Army.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
Vens vurğulayıb ki, Vaşinqton qarşıya qoyduğu məqsədlərə nail olana qədər fəaliyyətini davam etdirəcək. Bununla belə, o, müharibənin nə vaxt başa çatacağı ilə bağlı konkret tarix açıqlamayıb.