Rusiyanın Ukraynanın Dnepropetrovsk şəhərinə endirdiyi hava zərbələri nəticəsində dəmir yolu stansiyası hücuma məruz qalıb. Hadisə nəticəsində ölən və yaralananlar var.
Army.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Qanja məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində 13 nəfər həyatını itirib, azı 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qanja qeyd edib ki, yaralılara tibbi yardım göstərilir və tibb işçiləri zərərçəkənlərin müalicəsi ilə məşğuldurlar.
