Ermənistanın Baş naziri Nikol Paşinyan sülh prosesində qarşıya çıxa biləcək maneələrə baxmayaraq, Azərbaycanla yekun sülh sazişinin imzalanmasının əsas hədəf olaraq qaldığını bildirib.
Army.az xəbər verir ki, Paşinyan həm Ermənistan daxilində, həm də ölkə xaricində sülh gündəliyindən uzaqlaşmağa səbəb ola biləcək çoxsaylı amillərin mövcud olduğunu deyib.
Baş nazir vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, yekun razılaşma əldə olunana qədər sülh istiqamətində səylər davam etdirilməlidir.
Paşinyan özünün siyasi fəaliyyətinin əsas məqsədlərindən birinin sülh sazişinin imzalanması və ratifikasiya edilməsi olduğunu qeyd edib. O, bu nəticəyə nail ola bilməyəcəyi təqdirdə bunu şəxsi uğursuzluğu kimi qiymətləndirəcəyini bildirib
