Ev DünyaVaaqn Xaçaturyanın səhhəti pisləşdi: Səfərlərini dayandırdı

Vaaqn Xaçaturyanın səhhəti pisləşdi: Səfərlərini dayandırdı

by Baş Redaktor
22 Baxış

Ermənistan lideri Vaaqn Xaçaturyanın səhhətində son zamanlar kəskin pisləşmə müşahidə olunur.

Army.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, dövlət başçısı oktyabrın 27-si faciəsinin ildönümü ilə əlaqədar təşkil olunan anım tədbirinə qatılmayıb və abidənin önünə gül düzməyib. Eyni zamanda, o, son həftələrdə planlaşdırılan bir sıra səfərlərdən, o cümlədən COP-17 çərçivəsində keçirilən tədbirlərdən imtina edib. Xaçaturyan yalnız bəzi açılışlarda və mütləq söz almalı olduğu mərasimlərdə qısa müddətə görünüb.

Qəzet onu da vurğulayır ki, prezident iş yerinə – iqamətgaha da artıq vaxtaşırı baş çəkir. Ümumilikdə isə onun uzun müddətdir sağlamlıqla bağlı çətinliklər yaşadığı və bu dəyişikliklərin onun ümumi zahiri görkəmində də açıq-aydın hiss olunduğu bildirilir.

banner

Əlaqəli Yazılar Xüsusi