ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gələcəkdə öz soyadı ilə adlandırıla biləcəyini bir daha dilə gətirib.
Army.az xəbər verir ki, o, bu fikri Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları ilə görüşü zamanı səsləndirib. Tramp çıxışında qarşıdan gələn aralıq Konqres seçkilərinə də toxunub.
ABŞ prezidenti əvvəlki ad dəyişikliklərini xatırladaraq, Hörmüz boğazının da gələcəkdə “Tramp boğazı” adlandırılmasının mümkünlüyünü bildirib. O, Meksika körfəzinin “Amerika körfəzi”, Ontario gölünün isə “Amerika gölü” adlandırıldığını qeyd edərək, eyni yanaşmanın Hörmüz boğazına da tətbiq oluna biləcəyini söyləyib.