23
Şimali Koreyanın ballistik raket sınağı həyata keçirdiyi ehtimal olunur.
Army.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirliyin bildirdiyinə əsasən, Şimali Koreyadan buraxıldığı güman edilən raket artıq dənizə düşüb.
Hadisə ilə bağlı raketin uçuş məsafəsi, düşmə nöqtəsi və digər texniki xüsusiyyətləri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
