Ev Hərbi XəbərlərAlmaniya 5 minə yaxın əsgəri şərq sərhədinə yerləşdirdi – Nə baş verir?

Almaniya 5 minə yaxın əsgəri şərq sərhədinə yerləşdirdi – Nə baş verir?

by Baş Redaktor
29 Baxış

Almaniya Belarus sərhədinə yaxın bölgələrdə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırır.

Army.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, hazırda Litvada təxminən 1,8 min alman hərbçisi yerləşdirilib və onlar Belarus sərhədinə yaxın ərazilərdə təlimlər keçirirlər.

Planlara əsasən, 2027-ci ilin sonunadək bölgədə iki batalyonun daimi əsasda yerləşdirilməsi nəzərdə tutulur. Almaniya Silahlı Qüvvələri nümayəndələrinin sözlərinə görə, briqadanın tam komplektləşdirilməsi zamanı zəruri hallarda hərbçilərin məcburi cəlb olunması ehtimalı da istisna edilmir.

banner

Almaniya quru qoşunlarının inspektoru, general-leytenant Kristian Froydinq bildirib ki, əsas məqsəd gələn il Litvada yerləşdirilən briqadanın tam döyüş hazırlığına çatdırılmasıdır

Əlaqəli Yazılar Xüsusi