ABŞ vitse-prezidenti Cey Di Vens İranla aparılan danışıqlar fonunda sərt açıqlama ilə çıxış edib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O bildirib ki, İran tərəfinə ABŞ Prezidenti Donald Trampın istənilən yanlış və sərt bəyanata cavabsız qalmayacağı barədə xəbərdarlıq edilib.
Vensin sözlərinə görə, İran nümayəndələrinə çatdırılıb ki, tarixi arqumentlər və kəskin ritorika ilə çıxış edərkən ABŞ prezidentinin buna reaksiya verməməsini gözləmək doğru deyil.
Vens əlavə edib ki, Vaşinqton yanlış hesab edilən açıqlamalara cavab verməkdən çəkinməyəcək və bu mövzuda sərt mövqe davam etdiriləcək.
