Ev DünyaZalujnı Drapatıya xəbərdarlıq etdi: “Təsəvvür etdiyindən də çətin olacaq”

Zalujnı Drapatıya xəbərdarlıq etdi: “Təsəvvür etdiyindən də çətin olacaq”

by Baş Redaktor
25 Baxış

Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatını qarşıda çətin dövr gözləyir.

Army.az xəbər verir ki, bu barədə Ukraynanın Londondakı səfiri və keçmiş baş komandan Valeri Zalujnı “Telegram” kanalında yazıb.

“Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı üçün çox çətin olacaq. Təsəvvür etdiyindən də qat-qat çətin”, – deyə Zalujnı qeyd edib.

Bununla yanaşı, diplomat Drapatını “şərəfli insan” adlandırıb və onun yeni vəzifəsində “heç vaxt utanmalı olmayacağını” bildirib.

banner

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 21-də Mixail Drapatının Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin ediləcəyini açıqlayıb. Bu qərardan əvvəl keçmiş baş komandan Aleksandr Sırski ilə vəzifəsindən azad edilən müdafiə naziri Mixail Fyodorov arasında fikir ayrılıqları yaşanıb.

Əlaqəli Yazılar Xüsusi