Rusiya Prezidenti Vladimir Putin noyabrda Çində keçiriləcək APEC sammiti çərçivəsində Yaponiyanın Baş naziri Sanae Takaıti ilə görüş keçirməyi planlaşdırmır.
Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”yə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Yaponiya hökumətinin son dövrlərdə Rusiyaya münasibətdə tutduğu mövqe Moskvanın narazılığına səbəb olur. O, Tokio administrasiyasını Rusiyaya qarşı getdikcə daha sərt və aqressiv siyasət yürütməkdə, eləcə də ölkənin hərbi potensialının gücləndirilməsi istiqamətində kurs götürməkdə ittiham edib.
Kremlin sözçüsü qeyd edib ki, Yaponiyanın bu siyasəti Moskva ilə Tokio arasında münasibətlərdə əlavə gərginlik yaradır.
