ABŞ Prezidenti Donald Tramp Ağ Evdə inşa edilən yeni tədbir zalının planlaşdırıldığından daha sürətlə hazırlandığını açıqlayıb.
Army.az xəbər verir ki, o, bununla bağlı “Truth Social” platformasında paylaşım edərək tikinti prosesindən fotolar yayımlayıb.
“Yeni və möhtəşəm Ağ Ev zalı gözlənildiyindən daha tez tamamlanır”, – deyə Tramp bildirib.
ABŞ lideri daha əvvəl dəfələrlə Ağ Evdə iri tədbirlərin keçirilməsi üçün kifayət qədər geniş məkan olmadığını vurğulamışdı.Prezident postuna qayıtdıqdan sonra Tramp iqamətgahda genişmiqyaslı yenidənqurma və dizayn dəyişikliklərinə start verib.
Binada qızıl işləməli dekor elementlərinin artırıldığı qeyd olunur.Bundan əlavə, müxtəlif dövlət qurumlarından prezidentin bəyəndiyi antik mebel və tarixi əşyaların Ağ Evə gətirildiyi bildirilir.Yeni bal zalının tikintisi məqsədilə Ağ Evin Şərq qanadının bir hissəsinin sökülməsi barədə göstərişin də məhz Tramp tərəfindən verildiyi vurğulanır.
