Ev DünyaFransadan ilginc təklif : “Yeni birlik yaradılsın”

Fransadan ilginc təklif : “Yeni birlik yaradılsın”

by Baş Redaktor
28 Baxış

Fransanın keçmiş baş naziri və “Renessans” Partiyasının prezidentliyə namizədi Qabriel Attal Avropa İttifaqının gələcək inkişaf modeli ilə bağlı yeni yanaşma irəli sürüb. O, Aİ-yə üzv ölkələrin iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsini və birlik daxilində daha sıx əməkdaşlıq mexanizminin formalaşdırılmasını təklif edib.

Army.az xəbər verir ki, bu barədə “CNews” telekanalı məlumat yayıb.

Attal bu modelin perspektivini “Avropa Birləşmiş Ştatları” ideyası ilə əlaqələndirib.

Siyasətçinin sözlərinə görə, Avropanın qarşısında iki əsas istiqamət dayanır: Fransanın Aİ-dən çıxmasını nəzərdə tutan “Freksit” yanaşması və ittifaqın daha sıx inteqrasiyasına əsaslanan yeni model.

banner

Attal hesab edir ki, 27 üzv ölkədən ibarət hazırkı Aİ strukturu müəyyən həddə çatıb və mövcud çərçivə daxilində inteqrasiyanın daha da dərinləşdirilməsi çətin olacaq.

“Renessans” Partiyasının lideri həmçinin Aİ daxilindəki iqtisadi rəqabətin ittifaqın inkişaf tempinə təsir göstərdiyini bildirib. Onun fikrincə, Avropa ölkələri ABŞ və Çin kimi böyük iqtisadi güclərlə rəqabətdə daha koordinasiyalı fəaliyyət göstərməlidir.

Əlaqəli Yazılar Xüsusi