Ev DünyaBelçikada siyasi böhran: Baş nazir istefa qərarını krala çatdırıb

Belçikada siyasi böhran: Baş nazir istefa qərarını krala çatdırıb

by Baş Redaktor
31 Baxış

Belçikanın Baş naziri Bart de Vever dövlət büdcəsi ilə bağlı razılığın əldə olunmaması səbəbindən vəzifəsindən ayrılmaq niyyətində olduğunu Kral Filipə çatdırıb.

Army.az xəbər verir ki, bu barədə Belçika Kral Sarayının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, monarx baş nazirin istefası ilə bağlı qərarı hələlik təxirə salıb. Bunun əvəzinə koalisiya çoxluğunda təmsil olunan siyasi partiyaların rəhbərləri ilə məsləhətləşmələrə başlamaq qərarı verilib.

Kral Sarayından bildirilib ki, ölkənin mövcud çağırışlarına cavab verə biləcək dayanıqlı büdcə ilə bağlı razılığın əldə edilməməsi təəssüf doğurur.

banner

Açıqlamada geosiyasi qeyri-müəyyənliyin və iqtisadi çətinliklərin artdığı hazırkı şəraitdə Belçikanın uzunmüddətli siyasi böhranla üzləşməsinin arzuolunmaz olduğu vurğulanıb.

Beləliklə, baş nazirin istefası ilə bağlı yekun qərar hələ verilməyib.

Əlaqəli Yazılar Xüsusi