İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahına sahib olmasına yol verməyəcəyini bəyan edib.
Army.az xəbər verir ki, Netanyahu çıxışı zamanı bu məsələnin onun rəhbərliyi dövründə əsas prioritetlərdən biri olaraq qalacağını vurğulayıb.
“Mən baş nazir olduğum müddətdə İran İslam Respublikasının nüvə silahı olmayacaq”, – İsrail hökumətinin başçısı bildirib.
Netanyahu, həmçinin Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatına qarşı sərt mövqe nümayiş etdirib. O, təşkilatın yenidən güclənməsinin qarşısını alacaq ağır zərbə endiriləcəyini bəyan edib.
