İran və Rusiya arasında qaz ticarətinə dair sazişin imzalanması istiqamətində danışıqlar yekun mərhələyə çatıb.
Army.az xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad “Shana” agentliyinə açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, gələcək razılaşmanın əsas şərtləri artıq tərəflər arasında razılaşdırılıb və sazişin yaxın vaxtlarda rəsmi şəkildə imzalanması gözlənilir.
Paknejad bu açıqlamanı Rusiyanın energetika naziri Sergey Tsivilyov ilə keçirdiyi görüş zamanı verib.
Görüşdə iki ölkə arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.
