Omanın paytaxtı Maskatda İran və Oman arasında Hörmüz boğazı üzrə birgə komitənin ilk iclası keçirilib.
Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, səfər çərçivəsində Omanın xarici işlər üzrə dövlət naziri Əbdüləziz əl-Hinai ilə görüş baş tutub və tərəflər boğazla bağlı cari məsələləri müzakirə ediblər.
Müzakirələr zamanı İslamabad Anlaşma Memorandumunun 5-ci bəndi çərçivəsində Hörmüz boğazının gələcək idarə olunması və sahilyanı ölkələrin suveren hüquqları barədə fikir mübadiləsi aparılıb.
