Rusiyanın Ukraynanın Zakarpatiya vilayətinə endirdiyi dron zərbəsindən sonra Macarıstan təhlükəsizlik məqsədilə Ukrayna ilə dəmir yolu əlaqəsini müvəqqəti dayandırmaq qərarına gəlib. Məhdudiyyət iki gün ərzində qüvvədə olacaq.
Army.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar sosial şəbəkə hesabında məlumat yayıb.
Onun açıqlamasına görə, Rusiya dronu Mukaçevo dəmir yolu vağzalının yaxınlığına düşüb. Hadisə zamanı Macarıstandan gələn qatarın macar heyəti təhlükəsizlik məqsədilə təxliyə olunub.
Madyar bildirib ki, insidentlə əlaqədar noyabrın 17-si və 18-də Macarıstanla Ukrayna arasında qatarların hərəkəti dayandırılacaq.
Macarıstanın xarici işlər naziri Anita Orban da hadisəyə münasibət bildirərək Zakarpatiyada yaşayan macar icmasına və Ukrayna xalqına dəstəyini ifadə edib.
Nazir qeyd edib ki, Ukrayna əhalisi artıq beş ilə yaxındır davam edən müharibənin ağır nəticələri ilə gündəlik üzləşir. Onun sözlərinə görə, insanlar bütün çətinliklərə baxmayaraq, normal həyatlarını davam etdirmək üçün böyük mübarizə aparırlar.
Məlumata görə, Rusiyanın Zakarpatiyaya hücumu zamanı əsas hədəflər arasında Mukaçevo və Ujqorod ətrafı da olub.v
