Ev DünyaStubb Avropanı Rusiya ilə dialoqa çağırdı: “Diplomatiya olmadan sülh mümkün deyil”

Stubb Avropanı Rusiya ilə dialoqa çağırdı: “Diplomatiya olmadan sülh mümkün deyil”

by Baş Redaktor
68 Baxış

Finlandiya Prezidenti Aleksandr Stubb Avropa ölkələrinin Ukraynada müharibənin başa çatdırılması və qitədə təhlükəsizliyin möhkəmləndirilməsi naminə Rusiya ilə diplomatik əlaqələri davam etdirməsinin vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə Stubb Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Finlandiya liderinin fikrincə, Moskva ilə təmasların saxlanılması və diplomatik müzakirələrin aparılması sülhə nail olmaq üçün zəruri şərtlərdəndir.

“Bizə diplomatiya lazımdır. Sülh haqqında danışmasaq, ona heç vaxt nail ola bilmərik. Bunun üçün dialoq, fikir mübadiləsi və diplomatik səylər tələb olunur”, – deyə Stubb bildirib.

banner

O, Finlandiyanın coğrafi mövqeyinin də Rusiya ilə kommunikasiya kanallarının qorunmasını zəruri etdiyini qeyd edib. Prezident əlavə edib ki, yaranmış siyasi şəraitdən asılı olmayaraq, Helsinki Rusiya istiqamətində diplomatik təşəbbüsləri dəstəkləməkdə davam etməlidir.

Əlaqəli Yazılar Xüsusi