Ev DünyaTramp: ABŞ Polşaya əlavə 5 min hərbçi göndərəcək

Tramp: ABŞ Polşaya əlavə 5 min hərbçi göndərəcək

by Baş Redaktor
25 Baxış

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Polşaya əlavə olaraq 5 min hərbçi göndərəcəyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə o, özünün “Truth Social” platformasındakı paylaşımında məlumat verib.

Açıqlamada konkret detallar göstərilməsə də, göndəriləcək qüvvələrin əvvəlcədən planlaşdırılmış yerləşdirmə çərçivəsində olub-olmaması aydın deyil.

Donald Tramp bu qərarı Polşa Prezidenti Karol Navrotski ilə münasibətlərinə və ona dəstəyinə əsaslandırıb.

banner

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə açıqlamanın detalları ilə bağlı dəqiqləşdirmə verə bilməyib. Bu səbəbdən əlavə qüvvələrin ümumi say artımı olub-olmadığı, yoxsa daha əvvəl dayandırılan yerləşdirmənin bərpası olduğu hələlik qeyri-müəyyəndir.

Xatırladaq ki, ötən həftə ABŞ-ın Polşada yerləşdirilməsi planlaşdırılan zirehli briqadanın müvəqqəti dayandırıldığı bildirilmişdi. Daha əvvəl isə ABŞ-ın Almaniyadakı 5 min hərbçini çıxarma planı gündəmə gəlmişdi.

Mayın 19-da Pentaqon Avropadakı döyüş briqadalarının sayının dörddən üçə endirildiyini açıqlayıb.

Əlaqəli Yazılar Xüsusi