Vaşinqton İranla qarşılıqlı anlaşma memorandumu imzalamağa çox yaxındır və tərəflər ciddi irəliləyiş əldə edib.
Army.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens məlumat verib.
“Biz yalnız bir neçə ifadə və dil məsələsi ətrafında mübahisə edirik. Artıq böyük nailiyyətlər əldə etmişik. Ümid edirəm ki, irəliləməyə davam edəcəyik və prezident Donald Tramp sazişi təsdiqləyəcək. Amma bu hələ tam həll olunmuş məsələ deyil. Mən yekun nəticəyə zəmanət verə bilmərəm. Bununla belə, hazırda bu proseslə bağlı müsbət hisslərim var”, – deyə siyasətçi qeyd edib.