ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazına yenidən sualtı minalar yerləşdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Army.az xəbər verir ki, o bu barədə jurnalistlərə müsahibəsində deyib.
Trampın sözlərinə görə, belə bir addım İranın özünə ABŞ-dən daha çox zərər verə bilər.
“Minalar İrana bizə təsir etməkdən daha çox təsir edəcək,” – deyə, Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton İranın minaları yerləşdirib-yerləşdirmədiyini dəqiq bilmir.
