Ev DünyaAnkarada mühüm görüş: Ərdoğan və Kulubayev strateji tərəfdaşlığı müzakirə etdilər

Ankarada mühüm görüş: Ərdoğan və Kulubayev strateji tərəfdaşlığı müzakirə etdilər

by Baş Redaktor
62 Baxış

Qırğızıstan Xarici İşlər Nazirliyi iyulun 1-də Ankarada keçirilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev arasında görüşün təfərrüatlarını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, görüş Qırğızıstan XİN rəhbərinin Türkiyəyə rəsmi səfəri çərçivəsində baş tutub.

Tərəflər Qırğızıstan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, hərtərəfli strateji tərəfdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Görüş zamanı BMT və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri xüsusi diqqət mərkəzində olub.

banner

Jeenbek Kulubayev Türkiyəyə Qırğızıstanın 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə verdiyi dəstəyə görə təşəkkür edib.

Əlaqəli Yazılar Xüsusi