Ev GündəmUrsula fon der Layen İrəvana səfər edib

Ursula fon der Layen İrəvana səfər edib

by Baş Redaktor
64 Baxış

Avropa Komissiyasının sədri Ursula fon der Layen işgüzar səfər çərçivəsində Ermənistana gəlib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata əsasən, Avropa Komissiyasının rəhbərini İrəvandakı “Zvartnots” Beynəlxalq Hava Limanında Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

Səfər proqramına uyğun olaraq, Ursula fon der Layenin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü nəzərdə tutulub. Tərəflərin görüşdə ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edəcəyi gözlənilir.

banner

Əlaqəli Yazılar Xüsusi