Rusiya baş nazirinin müavini Aleksey Overçuk Avropa İttifaqının Ermənistana nəzərdə tutduğu maliyyə yardımını şərh edib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O bildirib ki, təxminən 50 milyon avro həcmində planlaşdırılan yardım Ermənistanın iqtisadi vəziyyətinə ciddi təsir göstərmək üçün kifayət deyil:
“Bu məbləğ ölkənin real iqtisadi ehtiyacları və Rusiya ilə ticarət dövriyyəsi ilə müqayisədə çox kiçikdir. Bu, heç nəyi həll etmir və bu mövzuya əlavə şərh verməyə ehtiyac yoxdur”.
