Ev Dünyaİranda diqqətçəkən açıqlama: Xamenei buna görə gizlənir

İranda diqqətçəkən açıqlama: Xamenei buna görə gizlənir

by Baş Redaktor
13 Baxış

İranın ali lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri və müvafiq qurumların tövsiyələri səbəbindən ictimaiyyət qarşısına çıxmır.

Army.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb.

Nazirin sözlərinə görə, Xamenei ölkədəki siyasi proseslərdə fəal şəkildə iştirak edir və qərarların qəbuluna birbaşa təsir göstərir. Lakin təhlükəsizlik riskləri nəzərə alınaraq onun açıq tədbirlərdə iştirakı məhdudlaşdırılıb.

Əraqçi qeyd edib ki, İran hökuməti ali liderlə davamlı əlaqə saxlayır və idarəetmə prosesləri koordinasiyalı şəkildə davam edir.

banner

Əlaqəli Yazılar Xüsusi