Ev Hərbi XəbərlərBaltiklərdə gərginlik artır: Litva nüvə silahı planını gündəmə gətirib

Baltiklərdə gərginlik artır: Litva nüvə silahı planını gündəmə gətirib

by Baş Redaktor
16 Baxış

Litva ABŞ ilə ölkə ərazisində nüvə silahının yerləşdirilməsi imkanlarını müzakirə etməyə başlayıb.

Army.az xəbər verir ki, bu barədə Litvanın milli müdafiə naziri Robertas Kaunas məlumat verib.

Danışıqlar NATO-nun Avropadakı ənənəvi hərbi imkanlarının azaldılması ilə bağlı narahatlıqlar fonunda aparılır. Bu isə alyansın şərq cinahında, xüsusilə Baltik ölkələrində təhlükəsizliklə bağlı sualları gücləndirir.

Nazir qeyd edib ki, kütləvi qırğın silahlarının yerləşdirilməsi yalnız böhran və ya müharibə şəraitində mümkün ola bilər. Onun sözlərinə görə, Litva təhlükəsizliyini təmin etmək üçün NATO və ABŞ-ın bütün mümkün müdafiə imkanlarını nəzərdən keçirməlidir.

banner

Əlaqəli Yazılar Xüsusi