Ev Hərbi Xəbərlərİran və Ermənistan qaz əməkdaşlığını genişləndirir

İran və Ermənistan qaz əməkdaşlığını genişləndirir

by Baş Redaktor
73 Baxış

İran və Ermənistan enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məqsədilə qaz ticarəti üzrə birgə ixtisaslaşmış işçi qrupu yaratmaq barədə razılığa gəlib.

Army.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, razılaşma Tehranda İranın neft naziri Möhsən Paknejad ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşün yekununda əldə olunub.

Məlumata görə, yaradılacaq işçi qrupu iki ölkə arasında qaz ticarəti, enerji əməkdaşlığının inkişafı və bu sahədə birgə layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.

banner

Əlaqəli Yazılar Xüsusi