Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanının Cizan və Yanbu şəhərlərində yerləşən “Saudi Aramco” şirkətinə məxsus neft və qaz obyektlərinə raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini bəyan edib.
Army.az xəbər verir ki, bu barədə hərəkatın yaydığı rəsmi bəyanatda bildirilib.
Açıqlamaya görə, hücumlar Ərəb koalisiyasının Yəmənin Hudeydə şəhəri və Kəmaran adasına endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
Husilər həmçinin bəyan ediblər ki, Səudiyyə Ərəbistanına qarşı tətbiq etdikləri dəniz blokadasını davam etdirəcəklər.
