Ev Hərbi XəbərlərPentaqon Ukrayna müharibəsini model kimi götürdü – yeni poliqonlar hazırlanır

Pentaqon Ukrayna müharibəsini model kimi götürdü – yeni poliqonlar hazırlanır

by Baş Redaktor
20 Baxış

ABŞ ordusu yaxın həftələrdə Ukrayna cəbhəsinə bənzər şərtləri simulyasiya edən ən azı iki təlim poliqonu hazırlamağa başlayacaq.

Army.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Məlumata görə, 4–6 həftə ərzində qurulacaq həmin mərkəzlərdə elektron mübarizə (REB) şəraitində döyüşlər, kütləvi dron hücumları və onların qarşısının alınması üzrə təlimlər keçiriləcək.

Prosesə dron istehsalçıları və antidron sistemləri hazırlayan şirkətlər də cəlb olunacaq.

banner

Nəşr qeyd edir ki, ABŞ Ukraynada gedən müharibədən nəticə çıxararaq müdafiə sənayesində mövcud zəiflikləri daha aydın şəkildə görüb və uzunmüddətli münaqişələr üçün daha ucuz və kütləvi istifadə oluna bilən müdafiə sistemlərinə ehtiyac olduğunu qəbul edib.

Əlaqəli Yazılar Xüsusi