İran Ukraynanın Xəzər dənizində İran ticarət gəmisinə endirdiyi zərbədən sonra cavab olaraq Ukraynadakı dəniz limanlarından birinə raket hücumu variantını nəzərdən keçirib.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tehran kiçik döyüş başlığı ilə təchiz edilmiş ballistik raketdən istifadə imkanını müzakirə edib. Bildirilir ki, planlaşdırılan mümkün zərbə əsasən simvolik mesaj vermək məqsədi daşıyırdı və genişmiqyaslı dağıntı yaratmaq hədəflənmirdi.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, sonradan aparılan intensiv diplomatik təmaslar gərginliyin azalmasına səbəb olub. Nəticədə İran mümkün cavab əməliyyatını həyata keçirməkdən imtina edib.
