Ev Dünya“Azərbaycandan sədrliyi təhvil alacağıq” : Ərdoğan

“Azərbaycandan sədrliyi təhvil alacağıq” : Ərdoğan

by Baş Redaktor
47 Baxış

Türk dünyasının həmrəyliyi ortaq keçmişin köklü irsinin və gələcəyi birgə qurmaq əzminin ən parlaq təzahürüdür.

Army.az xəb

ər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk dünyasının əsri: həmrəylikdən inteqrasiyaya” başlıqlı məqaləsində qələmə alıb.

Türkiyə dövlət başçısının sözlərinə görə, qardaş xalqlar əsrlər boyu müxtəlif məkanlarda sınaqlardan üzüağ çıxıblar:

banner

“Xalqlarımızı bir-birinə bağlayan mənəvi körpülər bu gün Türk Dövlətləri Təşkilatının çətiri altında siyasi, iqtisadi, mədəni və humanitar birliyin təməl daşına çevrilib. Hamımızın üzərinə tarixi borc düşür: türk dünyasının nəhəng potensialını ortaq maraqlar naminə hərəkətə gətirməli, birliyimizi real uğurlarla möhkəmləndirməli və gələcək nəsillərə daha qüdrətli türk coğrafiyası miras qoymalıyıq”.

Ərdoğan əlavə edib ki, Ankarada “Türk əsri: dildə, fikirdə, işdə birlik” şüarı altında keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına xüsusi önəm verirlər. Onun sözlərinə görə, bu tədbir ümumi iradəni daha da gücləndirəcək:

“Zirvə çərçivəsində sədrliyi qardaş Azərbaycandan təhvil alacağıq. Biz bu missiyaya türk dünyasının ortaq hədəflərinə nail olması və təşkilatımızın institusional olaraq daha da dərinləşməsi üçün tarixi məsuliyyət kimi yanaşırıq”.

Türkiyə lideri vurğulayıb ki, təməli Naxçıvanda qoyulan təşkilat ortaq tarix və mədəniyyətdən aldığı güclə bu gün qlobal miqyasda təsir imkanlarını durmadan artırır:

“Artıq elə bir mərhələdəyik ki, qardaşlığımızı gələcəyə daşıyacaq möhkəm institutlar yaratmalı, effektiv layihələr reallaşdırmalı və ümumi iradəmizi qalıcı nailiyyətlərə çevirməliyik”.

Əlaqəli Yazılar Xüsusi