Ermənistan parlamentinin növbəti iclası əsl dava-dalaş səhnəsini xatırladıb – iclas zalında yumruqlar işə düşüb və hətta kürsülər havada uçuşub.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri ilə müxalifət qüvvələri arasındakı qarşıdurma hakim partiya təmsilçisi Taron Çaxoyanın “Güclü Ermənistan” partiyasından Narek Karapetyanın ailəsinə ünvanladığı ağır ittihamlardan sonra alovlanıb.
Gərginliyin pik nöqtəsində parlament sədrinin müavini Vaaqn Aleksanyan müxalifətçi deputat Garnik Davtyanın istiqamətinə kürsü tullayıb.
