Ev Hərbi XəbərlərRusiya Kiyevdəki Cənub körpüsünə ballistik raketlərlə zərbə endirib

Rusiya Kiyevdəki Cənub körpüsünə ballistik raketlərlə zərbə endirib

by Baş Redaktor
56 Baxış

Rusiya ordusu son hücum zamanı Kiyevdə yerləşən Cənub körpüsünü bir neçə ballistik raketlə hədəfə alıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, körpünün yol örtüyünü bərpa etmək mümkündür, lakin bunun üçün müəyyən vaxt tələb olunacaq.

İqnat qeyd edib ki, körpüləri tamamilə dağıtmaq düşünüldüyü qədər asan deyil. Bununla belə, hücum nəticəsində yaranan fəsadların aradan qaldırılması və infrastrukturun əvvəlki vəziyyətinə qaytarılması vaxt aparacaq.

banner

Əlaqəli Yazılar Xüsusi