Ermənistan parlamentinin sədr müavini, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vaaqn Aleksanyan bəzi erməni deputatların Rusiyaya girişinə qadağa qoyulması ilə bağlı vəziyyətin ona məlum olmadığını bildirib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Jurnalistlərə açıqlama verən Aleksanyan məsələni aydınlaşdırmaq üçün əlavə və ətraflı müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.
O, rusiyalı həmkarı ilə hələ danışmağa vaxt tapmadığını da qeyd edib. “Əlbəttə, nə vaxtsa görüşəcəyik”, – deyə deputat bildirib.
